Menu
Geri İrəli

Beş rayonda Əmək yarmarkaları keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2014 • Baxış sayı: 334 dəfə • Şərh yoxdur

1ea86d15590889a94232c67c02cff6db

Ağdaş rayon sakinlərinə boş iş yerlərinə göndəriş verilib.

Sentyabrın 25-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Ağdaş rayonunda Əmək yarmarkası keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə işsiz və işaxtaran vətəndaşlara 23-ü qeyri-dövlət sektoruna məxsus 39 müəssisədən 200-ə yaxın boş (vakant) iş yeri təqdim edilib.

“Yarmarkada 85 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilib. Həmçinin tədbir zamanı müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmaq üçün 14 nəfərin, ödənişli ictimai işlərdə çalışmaq üçün isə 13 nəfərin qeydiyyatı aparılıb”, – deyilir məlumatda.

Xatırladaq ki, ƏƏSMN tərəfindən bölgələrdə keçirilən Əmək yarmarkaları sabah, sentyabrın 26-da 5 rayonda Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər rayonlarında davam etdiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın