Menu
Geri İrəli

“Bizə ən böyük zərbəni bank sektoru vurdu” – Prezident

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Yanvar 2017 • Baxış sayı: 212 dəfə • Şərh yoxdur

ilham_aliyev_160113“Bank sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev bu gün nazirlərlə ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. O bildirib ki, keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı tədbirlər görülüb, cəza tədbirləri, inzibati tədbirlər görülüb:

“Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın