Menu
Geri İrəli

Borcun qaytarılması üzrə işçi axtarılır

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2017 • Baxış sayı: 609 dəfə • Şərh yoxdur
Share Button

kredit“PROFESSİONAL COLLECTİON AGENCY” MMC üçün Borcun qaytarılması üzrə mütəxəssis vəzifəsinə Bakı, Sumqayıt və Ağdaş şəhərləri üzrə işçilərin qəbulunu elan edir.

Tələblər:

• Ali təhsil
• Borc Qaytarma üzrə mütəxəssis kimi ən azı 1 il iş təcrübəsi
• Keçmiş hüquq-mühafizə orqanlarının, icra şöbələrinin işçiləri, bankların borc qaytarma mütəxəssisləri və hüquqşünaslara üstünlük veriləcəkdir;
• Şəxsi nəqliyyat vasitəsi olanlara üstünlük veriləcəkdir;
• Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmə;
• Stress altında işləmək qabiliyyəti və çətin vəziyyətlərin həlli yollarının müəyyən edilməsi;
• Məsuliyyətlilik, düzgünlük,dəqiqlik və etibarlılıq kimi mücbət göstəriciləri olmalı;
• Müştərilər ilə yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.

Əsas vəzifə və öhdəliklər:

• Müştərilərin axtarışı təşkil etmək və Borclunun bütün mümkün əlaqələrini araşdırmaq;
• Gecikmə səbəblərinin araşdırılması və müştərilər ilə əlaqələrin bərpa edilməsi;
• Müştərilərə zənglər edilməsi və müştərilərin ünvanlarına vizitlər etmək;
• Borcların qaytarılması üçün kompleks tədbirlərin görülməsi, borclu müştərilərdən ödənişin təmin edilməsi;
• Qət edilmiş məhkəmə qərarları üzrə hər bir borclunun ödənişini təmin etmək üçün aidiyyatı məhkəmə icraçıları ilə işlərin görülməsi və borclunun ünvanı ilə icra məmurları ilə bir arada daim əlaqə saxlayıb borcları borcludan tələb etmək;
• Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəliklərin yerinə yetirilməsi.

PROFESSİONAL COLLECTİON AGENCY peşəkarlar komandasını yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri 10 noyabr 2017-ci il tarixinədək e-mail (info.pca.azerbaijan@gmail.com) vasitəsilə təqdim etsinlər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın