Menu
Geri İrəli

BP şirkətinin nümayəndələri Sumqayıt Texnologiyalar Parkında olublar

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyul 2017 • Baxış sayı: 496 dəfə • Şərh yoxdur
Share Button

BP şirkətinin nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlara STP haqqında ümumi məlumat verilib. Bildirilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir.

Daha sonra STP-nin baş direktoru Emin Məmmədovun da iştirakı ilə geniş tərkibli görüş keçirilib. İki şirkət arasında əlaqələr müzakirə olunub. Qonaqlar “Şahdəniz-2” layihəsində STP-nin iştirakını xüsusi vurğulayıblar və bu cür əməkdaşlığın davamlı olmasında maraqlı olduqlarını bildiriblər.

Baş direktor da çıxışı zamanı iki şirkət arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını qonaqların diqqətinə çatdırıb. Qeyd edib ki, STP-nin tərkibində olan müəssisələr istehsal etdiyi yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən məhsulları və xidmətləri ilə istənilən layihədə uğurla iştirak etməyə hazırdırlar.

Görüşdən sonra BP şirkətinin nümayəndə heyəti istehsal prosesi ilə yaxından tanış olmaq üçün müəssisələri gəziblər. Qonaqlara istehsal olunan məhsullar haqqında geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

14999412372534814413_1000x669 14999412373134916308_1000x669 14999412375589015287_1000x669 1499941237940963545_1000x669

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın