Menu
Geri İrəli

Bu il maaş və təqaüdlər nə qədər artacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Yanvar 2015 • Baxış sayı: 730 dəfə • Şərh yoxdur

1416983649“2015-ci ildə əmək haqqı və təqaüdlərin artırılması baş tutacaq”.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov 2015-ci ildə maaş və pensiyaların arıtılması ilə bağlı fikirlərini bölüşərkən dedi. Ekspertin fikrincə, hazırki vəziyyətdə belə artım olacaq:

“Dövlət büdcəsindən sosial xərclərin maliyyələşdirilməsi ilə bağlı 2015-ci ildə 8 milyard manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitlərin təxminən 6 milyard manata yaxını birbaşa əmək haqlarının və təqaüdlərin verilməsi üçün nəzərdə tutulub. 2015-ci ilin dövlət büdcəsində birbaşa ayrılan vəsaitlərin məbləğini qiymətləndirən zaman görürük ki, bu il sosial istiqamətlərə ayrılan vəsaitlərin həcmində artım olduğu üçün əmək haqqı və təqaüdlərdə artım müşahidə olunacaq. Ümumilikdə 2015-ci ildə büdcənin sosial xərcləri 2014-cü il ilə müqayisədə yarım milyard manata yaxın və ya 9,2 faiz, 2013-cü ilin dövlət büdcəsi ilə müqayisədə isə 920 milyon manat, və ya 18,8 faiz çoxdur. Təbii ki, 9,2 faizlik artımın proqnozlaşdırılması praktik olaraq ondan xəbər verir ki, 2015-ci ildə əmək haqqı və təqaüdlərin artırılması baş tutacaq”.

Dövlət büdcəsində neftin nəzərdə tutulmuş qiymətdən aşağı satılmasının təsirsiz ötüşməyəcəyini deyən ekspert 2015-ci ildə maaş və təqaüdlərdə 5-10 faiz civarında artım olacağını bildirib:

“Nəzərə almaq lazımdır ki, Azərbaycan neft ölkəsidir. Buna görə də neftin bir barrelinin qiyməti 2015-ci il üçün qəbul edilən qərarlarda əhəmiyyətli olcaq. Yəni neftin qiymətlərinin kəskin düşməsi də sosial layihələrin reallaşdırılmasına təsir edə bilər. Amma onu da qeyd edim ki, 2015-ci ilin büdcə gəlirləri 8,4 faizdir. Təmin olunmuş xərclər olduğuna görə, deyə bilərik ki, bu il əmək haqqı və təqaüdlərdə artım olacaq. Kateqoriyasından asılı olaraq sözügedən istiqamətdə artımlar 5-10 faiz intervalında dəyişəcək”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın