Menu
Geri İrəli

Bu insanlara kredit verilməyəcək

Müəllif: Sumqayitxeber.com • Tarix: 19 Avqust 2015 • Baxış sayı: 383 dəfə • Şərh yoxdur
Share Button

Kredit götürmək çətinləşdi.
J9exbIEmPTGdQ941abMərkəzi Bankın kreditlərin verilməsi ilə bağlı yeni qərarı istehlak kreditləri bazarına ciddi təsir edəcək. İqtisadçı ekspert Samir Əliyev bldirir ki, yeni mexanizmlə əhalinin istədiyi məbləğdə istehlak krediti götürmək imkanı məhdudlaşdırılır.
Banka üz tutan şəxs gəlirini rəsmi olaraq sübut edən sənədi təqdim edə bilməsə onun bankdan istədiyi məbləğdə kredit götürməsi mümkün olmayacaq. Yəni artıq az məbləğdə məvacibi olan vətəndaşlar bankdan min manatdan artıq pul ala bilməyəcək.
Yeniliyin müsbət tərəfi isə odur ki, insanlar kreditlərini vaxtında qaytara biləcək. Bu isə problemli kreditlərin həcminin artmasının qarşısını alacaq. Yəni bank müştəriyə kredit verən zaman onu qaytarıb-qaytarmayacağından narahat olmayacaq.

1360089516_ipoteka_kreditBank işçiləri

Müştərinin ödəmə qabiliyyətinin hesablanması qaydasına gəlincə bu zaman BYG (aylıq borc yükünün gəlirə nisbəti – red.) əmsalından istifadə olunacaq. Bu əmsal hesablanarkən sizin hər ay ödədiyiniz və ödəməyə hazırlaşdığınız borc yükü toplanaraq aylıq gəlirinizə bölünəcək. Sizin kredit ala bilməniz üçün BYG əmsalı 50%-dən aşağı olmalıdır. Müştərinin aylıq ödənişləri aylıq gəlirinin 50%-dən artıqdırsa, onda bank həmin müştəriyə kredit verməkdən imtina edəcək.

Qərar eyni zamanda bankların da bu sahədə səlahiyyətlərini məhdudlaşdırır. Maliyyə qurumlarının vətəndaşa kredit verərəkən seçim imkanı aradan qaldırılır. Yəni bank artıq borcu olan müştəriyə yenidən kredit verərkən müstəqil qərar qəbul edə bilməyəcək. Samir Əliyev deyir ki, əvvəllər kredit götürmək istəyən müştərindən ancaq maliyyə vəziyyətini təsdiq edən sənəd tələb olunurdu və kreditin məbləği barədə bank müstəqil qərar verirdi.

Ancaq indi ayrılacaq kreditin məbləği müştərinin gəlirindən birbaşa asılı olacaq və bank onu istədiyi qədər artıra bilməyəcək. Nəticədə bankdan kredit götürmək istəyən insanların sayı kəskin dərəcədə azalacaq. İqtisadçıların fikrincə, bu qərarın nəticəsi olaraq, banklar arasında rəqabət artacaq, buna tab gətirməyən maliyyə qurumları ya bazardan çıxmağa məcbur olacaq, ya bank olmayan kredit təşkilatına çevriləcək.

Bu qərarın nəticələri ilə bağlı proqnozlardan biri də odur ki, getdikcə banklar vətəndaşlara istədiyi məbləğdə kredit verə bilmədikdə onu mikrokredit adı altında rəsmiləşdirəcək. Amma Mərkəzi Bankın atdığı bu addımın kreditlər üzrə faiz dərəcələrinin aşağı düşməsinə təsir edəcəyi gözlənilmir.
(anspress.com-a istinadən)

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın