Menu
Geri İrəli

Dollar 1,56-ya düşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2016 • Baxış sayı: 337 dəfə • Şərh yoxdur

Dollar_euro_140113Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 11-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Dollar yenidən ucuzlaşıb. AMB-dən ANS PRESS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 11-də 1,5659 səviyyəsində müəyyən olunub. Dolların bu gün qiyməti 1,5702 manat idi.

ABŞ valyutası ötən həftəni 1,6008 manata başa vurmuşdu.

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın