Menu
Geri İrəli

Dollar bahalaşacaq, yoxsa… – GÜNÜN İQTİSADİ ŞƏRHİ

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyul 2017 • Baxış sayı: 970 dəfə • Şərh yoxdur
Share Button

Son günlər dolların tezliklə yenidən bahalaşmağa başlayacağı haqda fikirlər söylənilir.

“Bunu şərtləndirən faktorlardan da biri Mərkəzi Bankın (AMB) keçirdiyi valyuta hərraclarında Dövlət Neft Fondu (SOFAZ) tərəfindən satılan ABŞ dollarının həcminin hər ay nisbətən artmasıdır”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Pərviz Heydərov bildirib:

“Əvvəla, ölkəyə idxal əvvəlki illərdəki kimi deyil, azalıb. İxrac idxaldan üstündür. Yəni satdığımız aldığımızdan çoxdur. Deməli, qazancımız xərcimizdən yüksəkdir. Buna iqtisadi dildə ticarət və tədiyyə balansı deyirlər. Eləcə də, ABŞ dolları dünya üzrə də elə bahalaşmır. Məsələn, 2015-ci ilin dekabrında Federal Ehtiyat Sistemi faiz dərəcəsini qaldıran kimi dünya bir-birinə qarışdı. Cari ilin 2-ci yarısında dolların məzənnəsində artım olsa da, heç bir ajiotaj baş vermədi. Ən azı 2019-cu ilin yarısına və yaxud sonunadək hökumət manatın dəyərini qorumaq fikrindədir”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın