Menu
Geri İrəli

Dollar bahalaşıb

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Mart 2014 • Baxış sayı: 507 dəfə • Şərh yoxdur
stock-footage-falling-dollars-packs-realistic-render-with-soft-body-simulationBakıdakı valyuta dəyişmə məntəqələrində ABŞ dollarının bahalaşması hiss olunur.
Bakupost.az – ın paytaxtın mərkəzi hissələrində apardığı müşahidələrə əsasən, ötən həftə ilə müqayisədə Amerika valyutasının məzənnəsində 0,0005-0,001 manat fərq var.
Belə ki, 1 həftə bundan əvvəl 1 ABŞ dollarının alış və satış qiyməti 0,7835-0,7840 manat civarında dəyişirdisə, hazırda qiymət dəhlizi 0,784-0,785 manat təşkil edir.
Valyuta bazarının iştirakçıları bahalaşmanı dollara tələbatın artması ilə izah edir.
Mərkəzi Bankın müəyyən etdiyi məzənnələrdə isə ciddi dəşiliklik yoxdur. Əksinə, ötən həftənin əvvəli ilə müqayisədə 1 ABŞ dollarının dəyəri 0,7844 manatdan 0,7843 manata qədər azalıb.
Azərbaycan qanunvericiliyinə görə, ölkə daxilində xarici valyutalarının pərakəndə alış və satış qiymətləri rəsmi məzənnə ilə müqayisədə 2%-dən və 2%-dən çox ola bilməz.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın