Menu
Geri İrəli

Dollar dəyişmək üçün ən sərfəli banklar

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2016 • Baxış sayı: 400 dəfə • Şərh yoxdur

dollar5Noyabrın 25-də Azərbaycan bankları arasında dolları ən yüksək qiymətlə alan bank “Amrahbank” və “AGBank”dır.

sumqayitxeber.com fins.az-a istinadən xəbər verir ki, bu bank Amerika valyutasını 1,7830 manata alır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank”dır. Bu bankda dolların alış qiyməti 1,6510 manatdır. Dolların ən aşağı satış qiyməti isə “Pakistan Milli Bankı”nın Azərbaycan filialındadır -1,7660 manat. Ancaq bu bank bu gün valyuta satmır. Digər bankların əksəriyyətində ABŞ valyutasını 1,7880 manata satılır. Dolların ən yüksək satış qiyməti də 1,7880 manatdır.

Avro qiymətləri

Bu gün avronu ən baha satan “Bank Silk Vey”dir. Burada Avropa valyutasının satış məzənnəsi 1,8903 manat müəyyən edilib. Avronu ən ucuz “Yapı Kredi Bank” (Azərbaycan) satır -1,8901 manat.

Avronu ən ucuz alan isə “Yapı Kredi Bank”dir -1,7451 manat. Avropa valyutasını ən baha alan isə “Amrahbank”dır. Bu bankda 1 avro 1,8780 manata alınır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın