Menu
Geri İrəli

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2017 • Baxış sayı: 474 dəfə • Şərh yoxdur

dollar5Fevral ayının 16-də Azərbaycanda bəzi banklar dolların satışını dayandırıb. Fins.az-ın araşdırmasına görə, dünən bir müştəriyə 5 min dollar satan “VTB Bank Azərbaycan” bu gün dollar satışından imtina edib.

Bundan başqa, “Dəmirbank” ABŞ valyutasına limiti 200 dollaradək endirib. Dünən isə bu limit 500 dollar təşkil edirdi.

“Acessbank” isə dünən bir müştəriyə 20 min dollar satırdı, bu gün iki dəfə daha az – 10 min dollar.

Dollar qiymətləri

Bu gün dolları ən yüksək qiymətlə alan “Günaybank”dır – 1.7700 manat.

Dolları ən aşağı qiymətə alan bank isə Pakistan Mikki Bankının Bakı filialıdır. Bu bankda dolların alış qiyməti 1.6900 manatdır.

ABŞ dollarının ən aşağı satış qiyməti isə “Naxçıvanbank”dadır – 1.7750 manat.

Bu gün dolların ən baha məzənnəsi 1.8420 manatdır. Bu məbləğdə dolları “Azərbaycan sənaye Bankı” satır.

 Avro qiymətləri

Bu gün Avropa valyutasını ən baha alan “Kapitalbank” və “Bank Silk Vey”dir. Bu bankda 1 avro 1.8350 manata alınır.

Avronu  ən ucuz alan “Bank Avrasiya”dır – 1.7500 manat.

Avronu ən ucuz satış qiyməti “Unibank”dadır – 1,8910 manat.

Avronun ən baha satış qiyməti 2.0200manatdır. Bu gün “Bank of Baku” Avropa valyutasını həmin məzənnə ilə satır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın