Menu
Geri İrəli

Dollar kəskin ucuzlaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Aprel 2015 • Baxış sayı: 420 dəfə • Şərh yoxdur

dollarABŞ-ın Əmək Nazirliyinin ölkədə məşğulluq səviyyəsini açıqlamasından sonra dollar dünyanın aparıcı valyutaları qarşısında ucuzlaşmağa başlayıb.

Axar.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, 1 ABŞ dolları yapon yeni qarşısında 0,6 faiz ucuzlaşaraq 118,97 yen olub.

1 avro isə 0,8 faiz artaraq 1,0969 dollar olub. 1 funt sterlinq 0,6 faiz bahalaşaraq 1,4920 dollar təşkil edib.

Qeyd edək ki, ABŞ-da məşğulluq artımı 1 il sonra ilk dəfə 200 mindən aşağı düşüb və 126 min olub. ABŞ-da işsizlik səviyyəsi hazırda 5,5 faizdir. Bu isə ABŞ Mərkəzi Bankının faiz artımını ilin sonuna qədər təxirə salacağı ehtimalını artırır. Faiz artımının təxirə düşməsi isə dolları ucuzlaşdırır. Bank rəsmiləri daha öncə faiz artımının  pilləli şəkildə tətbiq olunacağını və inflyasiya məlumatlarına uyğun addım atılacağını bildiriblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın