Menu
Geri İrəli

Dollar yenə ucuzlaşdı

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2015 • Baxış sayı: 595 dəfə • Şərh yoxdur

dollar2Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində yenidən ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0494 AZN-dən 1.0487-ə düşüb.

Avronun məzənnəsində də bahalaşama qeydə alınıb. Avropanın vahid valyutası 1.1510-dan 1.1644-ə qədər bahalaşıb.

Rusiya rublunun kursu da günə bahalaşma ilə başlayıb. Belə ki, ötən gün 0.0205 manata olan 1 rubl 0.0207-yə qədər artıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın