Menu
Geri İrəli

Dolların məzənnəsi 1,61 manatı ötdü

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Mart 2016 • Baxış sayı: 653 dəfə • Şərh yoxdur
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 7-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Bankdan musavat.com-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi martın 7-nə 1,6105 səviyyəsində müəyyən olunub. 
Qeyd edək ki, dollar martın 4-də 1,6019 manata bərabər olub. Fevralın 13-də valyutadəyişmə məntəqələrinin lisenziyalarının ləğv edilməsindən sonra ölkədə dollar ajiotajının qarşısı alınmışdı. Hazırda bəzi valyutadəyişmə məntəqələri gizli şəkildə fəaliyyət göstərməyə davam edir. Əvvəllər “exchange” məntəqəsi kimi fəaliyyət göstərən obyektlərin əksəriyyəti hazırda digər ticarət obyektləri ilə əvəz olunub.
 
Dollar ajiotajının ən qazanclı şəxslərinin olduğu “qara bazar” isə əsasən həftənin şənbə və bazar günləri iş başında olur. Onlar şənbə və bazar günləri bankların işləməməsindən istifadə edirlər. Hazırda “qara bazar” ən geniş şəkildə Sədərək və Binə ticarət mərkəzlərində mövcuddur. 
Valyutadəyişmə məntəqələrinin bağlanmasının ardınca Mərkəzi Bank ölkədə fəaliyyət göstərən banklara limit qoydu. Belə ki, banklar xarici valyutanın alqı-satqısı zamanı AMB-nin müəyyən etdiyi rəsmi məzənnədən 4% kənarlaşa bilər. İndi banklar dolları Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən yalnız 4 faiz baha sata bilər.
Dolların məzənnəsinin bir gün ərzində kəskin bahalaşmasını nəzərə alaraq banklardan dolların alış-satış qiymətləri ilə maraqlandıq.
 
Musavat.com-un əməkdaşının apardığı müşahidə zamanı məlum olub ki, Mərkəzi Bankın açıqladığı məlumata görə, bir gün ərzində 1,76 qəpik artan dolların banklarda satış qiyməti 1.64-1.66 manat arasında dəyişir. 
Yollandığımız banklar arasında dolların ən yüksək satış qiyməti ilə “Unibank”da qarşılaşdıq. Bankın Nizami filialında dolların alış qiyməti 1.612 manat, satış qiyməti isə 1.6652 manat idi. Dolların ən yüksək alış qiyməti də məhz bu bankdadır.
Dolların ən aşağı qiymətlə satışını isə “Xalq Bank”da gördük. Bankda dolların satış qiyməti 1.64 manat idi.
 
Bank VTB-də dolları baha alan banklardandır. Burada dolların alış qiyməti 1.60 manat, satış qiyməti isə 1.65 manat göstərilirdi. 
“Bank of Baku” isə dolların alış qiyməti 1.58 manatdır. Satış qiyməti isə 1.65 manat olub. 
 
 “Bank Respublika”da dolların alış qiyməti 1.58 manat, satış qiyməti isə 1.655 manatdır.
 
Banklarda avronun satış qiyməti isə 1.79-1.82 manat arasında dəyişir. Avronun alış qiyməti isə 1.68-1.71 manatdır. Musavat.com 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın