Menu
Geri İrəli

Dollarla kredit götürənlərə hansı güzəşt olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2015 • Baxış sayı: 448 dəfə • Şərh yoxdur

dollar2

Banklar açıqlama verdilər.

 

Kommersiya bankları dollarla kredit götürənlər üçün hansı güzəşti edəcəklər? Bu sual ətrafında bazarda vəziyyəti öyrənməyə çalışdıq. Oxu.Az bankların cavablarını sizə təqdim edir:

 

DəmirBank-ın marketinq departamentinin direktor müavini Sənan Həsənovməsələ ilə bağlı bu sözləri bildirdi.

 

“Ümumiyyətlə, DəmirBank strateji olaraq hər zaman müştəriləri üçün rahatlıq imkanları yaratmaq üçün çalışmışdır. Bu gün də ödənişlərində çətinlikləri olan müştərilərimizə fərdi yanaşılır və onlara daha rahat ödəniş imkanları yaratmaq üçün çalışırıq. Hal-hazırda əlavə təkliflər üzərində də müzakirələr aparılır və ən qısa zamanda müştərilərimizə təqdim ediləcəkdir”.

 

Rabitəbank-ın nümayəndəsi isə bildirdi ki, hal-hazırda bank tərəfindən güzəşt dollarla kredit götürənlər üçün ödəniş müddətinin uzadılmasıdır:

 

“Bizim bankda da həmçinin bu qərar qüvvəyə minib. Belə ki, kredit müqavilənizin müddətindən asılı olmayaraq, ödəniş edəcəyiniz müddətin 50%-ə qədər ödəniş müddətini uzatmaq imkanınız var” – deyə, bildirildi.

 

AccessBank-ın məlumat mərkəzindən isə bildirdilər ki, müştərilərimizə güzəşt kredit tarixçəsinə baxdıqdan sonra vaxtın uzadılması ola bilər.

 

Bank of Bakudan da eyni məzmunlu cavabı verdilər:

 

“Bank of Baku-da da dollarla krediti rəsmiləşdirilmiş şəxslərə güzəşt nəzərdə tutulub. Bu zaman sizin qalıq borcunuz, kreditin illik faiz dərəcəsi və ödənişlərin vaxtlı vaxtında olub-olmaması nəzərə alınır”.

 

Expressbank-ın Biznesin İnkişafı Departamentinin nümayəndəsi Pərviz Sədrəddinov isə fərqli cavabı verdi:

 

“Expressbank-da hər zaman manatla kredit verilməsinə üstünlük verilib. Yalnız öz istəyinə əsasən dollar istəyənlərə dollar verilib. Məhz bu səbəbdən də bizdə dollarla kreditlərin sayı çox cüzidir. Və kreditin dollarla verilməsi məcburi olmadığı üçün heç bir güzəşt nəzərdə tutulmur. Müştərilər filiallarımıza gəlib manatla kredit rəsmiləşdirə bilərlər” – deyə, Pərviz Sədrəddinov bildirdi.

 

Xatırladaq ki, bir müddət əvvəl ekspertlər bildirirdilər ki, banklar tərəfindən vətəndaşlara edilən güzəşt ən yaxşı halda ödəmə müddətinin uzadılması ola bilər.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın