Menu
Geri İrəli

Dünya iqtisadi böhranı rəsmən başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Yanvar 2015 • Baxış sayı: 412 dəfə • Şərh yoxdur

Dünya bazarlarında neftin kəskin ucuzlaşması bu günə qədər ən aşağı səviyyəsinə enib.

Neft_3

Axar.az xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Texas nefti (WTI) neftinin qiyməti sonuncu hərraclarda 1 barelə görə 47,92 dollar təşkil edib.

London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 50,90 dollara enib.

Beləliklə, “qara qızıl”ın qiyməti artıq üçüncü gündür ki, 2009-cu ilin mayında qeydə alınan tarixi minimumu yeniləməkdədir.

Bundan başqa, Texas neftinin qiyməti sonuncu dəfə 2008-ci ildə müşahidə olunan qlobal maliyyə böhranı zamanı bu səviyyədə olub.

Bu arada Amerika fond bazarında Dow Jones indeksi 0,74% – 17 371,64 bəndədək, S&P 500 0,89% – 2 002,61 bəndədək NASDAQ 1,29% – 4 592,74 bəndədək azalıb.

APA-nın məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,79% – 6 366,51 bəndədək, Fransa CAC-40-ı 0,68% – 4 083,50 bəndədək Almaniya DAX-ı isə 0,04% -9 469,66 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,34% – 16 941 bəndədək, Hang Seng 0,77% – 23 666,53 bəndədək, Shanghai 0,10% -3 354,85 bəndədək artıb.

COMEX-də qızılın bir unsiyasının qiyməti sonuncu hərraclarda 4,50 dollar ucuzlaşaraq 1 214,90 dollara, gümüş isə 0,17 dollar ucuzlaşaraq 16,47 dollara satılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın