Menu
Geri İrəli

Əhali banklardakı dollarlarını geri götürür

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2017 • Baxış sayı: 94 dəfə • Şərh yoxdur

Banklarda əhalinin xarici valyutada olan əmanətlərinin cəmi əmanətlərdə xüsusi çəkisi 80%-dən aşağı düşüb.

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin sonuna fiziki şəxslərin banklardakı əmanətləri 7 milyard 448,7 milyon manat təşkil edib. Əmanətlərin 1 milyard 517,2 milyon manatı və ya 20,4%-i milli valyutada, 5 milyard 931,4 milyon manatı və ya 79,6%-i xarici valyutada olub.

Noyabr ayının sonunda fiziki şəxslərin əmanətlərinin 81,2%-i xarici valyuta ilə yerləşdirilmişdi. Ümumiyyətlə, 2016-cı ilin əvvəlki ayları ərzində xarici valyutada yerləşdirilmiş əmanətlər cəmi əmanətlərin 80%-dən çoxunu təşkil edirdi.

Dekabr ayında Noyabr ayı ilə müqayisədə xarici valyuta ilə yerləşdirilmiş əmanətlər 243,9 milyon manat azalaraq 6 milyard 175,3 milyon manatdan 5 milyard 931,4 milyon manata düşüb, milli valyutadakı əmanətlər isə 86,7 milyon manat artaraq 1 milyard 430,5 milyon manatdan 1 milyard 517,2 milyon manata qalxıb.

Əmanətlərin 80%-ə yaxını xarici valyutada olduğundan Dolların bahalaşması manat ilə ifadədə əmanətlərin artması ilə nəticələnir. Dekabr ayında Dolların Manat qarşısında güclənməsinə baxmayaraq əmanətlər manat ilə ifadədə azalıb. Dekabrda fiziki şəxslərin cəmi əmanətləri 7 milyard 605,8 milyon manatdan 7 milyard 448,7 milyon manata geriləyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın