Menu
Geri İrəli

Əhalinin gəlirləri artdı

Müəllif: Sumqayitxeber.com • Tarix: 13 Avqust 2015 • Baxış sayı: 493 dəfə • Şərh yoxdur
Share Button

manat-18Statistika Komitəsi məlumat yaydı.

2015-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 23,6 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2484,1 manat və ya ayda 354,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verilir ki, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 5,1 faiz olub.

Bu dövr ərzində gəlirlərin 74,1 faizi son istehlak xərclərinin, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 14,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 21,4 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 6,5 faiz artıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın