Menu
Geri İrəli

Əli Abbasov prezidentin iradlarından danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 246 dəfə • Şərh yoxdur

kollegiya-(1)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib.

İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqindən irəli gələn vəzifələrdən, o cümlədən dövlət başçısının səsləndirdyi iradlardan, qarşıdakı dövr üçün müəyyənləşdiridyi mühüm vəzifələrdən və verdiyi tapşırıqlardan söz açıb. Daha sonra kollegiya iclasında 9 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib.

Əli Abbasov ölkə başçısının qarşıya qoyduğu əsas vəzifələrə yenidən toxunaraq, sektor üzrə qazanılmış inkişaf tendensiyası, o cümlədən inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün əsas prioritetlərdən söz açıb, müvafiq fərman, sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın