Menu
Geri İrəli

Elit mənzillər ucuzlaşıb

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2014 • Baxış sayı: 459 dəfə • Şərh yoxdur

Təkrar bazarda isə əksinə.

2013-cü ildə mənzil bazarında qiymətlər 6,5% artıb. Təkrar və ilkin mənzil bazarında artım müvafiq olaraq 6,5% və 3,8% təşkil edib.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul Siyasəti İcmalı”nda deyilir.

İcmalda qeyd olunur ki, təkrar mənzil bazarında ən yüksək qiymət artımı birtipli mənzillərdə  (7,7%), ilkin mənzil bazarında isə yaxşı layihələndirilmiş mənzillərdə  (9,5%) müşahidə  olunub. İlkin bazarda elit mənzillərin qiyməti 1,9% azalıb, təkrar bazarda isə 6,1% artıb.

Ötən il yaşayış sahələrinin kirayə haqqı ödənişləri üzrə 1,5% qiymət azalması, kommersiya obyektləri üzrə isə 0,8% qiymət artımı olub.

Hesabat ilində ipoteka kreditləşməsinin davam etməsi daşınmaz  əmlak bazarında,  xüsusilə  təkrar bazarda aktivliyə  təsir göstərən amillərdən olub.
2013-cü ildə banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 113 mln. manat təşkil edib.

ev

Facebook Şərhləndirmə:

Şərhinizi yazın