Menu
Geri İrəli

Elman Rüstəmovdan manat açıqlaması

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2015 • Baxış sayı: 574 dəfə • Şərh yoxdur

Azərbaycanda manatın uzunmüddətli zəifləməsi üçün heç bir amil yoxdur.

 elman rustemov
“APA-Economics”in məlumatına görə, bunu Dövlət Televiziyasının (AzTV) efirində Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
E. Rüstəmov bildirib ki, Azərbaycanda bivalyutalı səbət 2008-2011-ci illəri əhatə edən dövrdə də tətbiq olunub və bu, AMB-yə daha çevik məzənnə siyasəti həyata keçirək imkanı verib: “Lakin o zaman neftin qiymətini çox yüksək səviyyədə olduğu üçün, Azərbaycanın ödəmə balansının yüksək profisitliyi şəraitində balansdan irəli gələn manatın məzənnəsinin möhkəmlənməsinə böyük bir təzyiq var idi. Digər tətəfdən isə əhəmiyyətli dərəcədə avro da dollara qarşı bahalaşırdı. Hər iki amil manatın məzənnəsini möhkəmləndirməyə doğru aparırdı. Əgər biz o dövrdə bivalyutalı səbətdə avrodan imtina etməsəydik, bu gün daha möhkəm manat məzənnəsi ilə üz-üzə olardıq. Bunu üstün tərəfləri var təbii ki, məsələn, inflyasiyanın azaldılması və sair. Lakin bunu mənfi tərəfləri də var, bu da ixracatçıların mənafeyinin qorunması, iqtisadiyyatın diversifikasiyasına mənfi təsir və sair. Bütün bunları nəzərə alaraq, biz o zaman bivalyutalı səbətdən imtina etdik.
Bu gün isə biz tam başqa bir mənzərə ilə rastlaşırıq. Bilirik ki, davamlı şəkildə avro dollara qarşı ucuzlaşır. Bizim məzənnəmizin sərt şəkildə dollara bağlandığına görə, bu ötürücülük manata da təsir edir. Çox maraqlıdır ki, bu gün manatın məzənnəsi bizim əsas ticarət tərəfdaşlarımıza qarşı üzən rejimdədir. Çünki biz dollara bağlıyıq, dollar isə digər məzənnələrə qarşı sərbəst rejimdədir. Avrozona bizim əsas tərəfdaşlarımızdan biridir. Və biz iqtisadi perspektivlərimizi düşünürük. Belə şəraitdə manatın dollardan tam asılılığını aradan qaldırmaq üçün, biz avronu səbətdə bərpa etdik. Demək istərdim ki, bu barpa (avronun səbətdə payı – red.) o qədər də əhəmiyyətli deyil. Bu isə bizə imkan verir ki, avronun dollara qarşı gözlənilən əlavə zəifləməsi manata ötürülməsin”.
Baş bankir deyib ki, bivalyutalı səbətə keçid bütövlükdə məzənnə siyasətinə çeviklik və müstəqillik gətirəcək.
Manatın uzunmüddətli zəifləməsi üçün bu gün heç bir amil yoxdur. İqtisadi praktikaya nəzər salsaq, bu, iki halda baş verə bilər. Birinci, əgər ölkənin ödəmə balansında davamlı defisit varsa. İkinci isə, bu şəraitdə ölkənin heç bir ehtiyyatlarının olmamasıdır. Lakin, Azərbaycanın ÜDM-nin 70%-nə yaxın bir səviyyədə valyuta ehtiyyatları var. Bir sözlə, bu iki fundamental amildən praktikada heç biri Azərbaycanda yoxdur”, - deyə E. Rüstəmov bildirib.
BUnunla belə, AMB rəhbəri qeyd edib ki, “bütövlükdə qlobal səviyyədə gedən proseslərə biz reaksiya verməliyik”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın