Menu
Geri İrəli

Etibar Əliyev “Texnika Bank”a qayıtdı – Açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2015 • Baxış sayı: 322 dəfə • Şərh yoxdur

big11001-Etibar_eliyev

Bir neçə gün əvvəl “Texnika Bank”ın keçmiş sədri Etibar Əliyevin yenidən həmin bankın rəhbərliyinə qaytarılacağı haqda xəbər vermişdik.

Bu gün bankın keçmiş sahibi artıq geriyə dönüş edib. Belə ki, bankda toplantı keçirilib və E. Əliyev Texnika Bankın Müşahidə Şurasının sədri seçilib. Hazırda bankda Milli Bankın nümayəndələrinin iştirakı ilə təhvil-təslim işləri gedir.

“Qafqazinfo”ya açıqlamasında E. Əliyev fakı təsdiq edib. O, bildirib ki, ilk işi bank kollektivi ilə toplantı keçirib yaranmış problemləri dəyərləndirmək, təhlil etmək və bu problemlərin həlli yollarını tapmaq olacaq. O, bankın əvvəlki nüfuzunun geri qaytarılacağını qeyd edib.

Bundan başqa bankın Mərkəzi ofisi yenidən Atatürk prospektində yerləşən binaya köçürüləcək.
Onu da qeyd edək ki, E. Əliyev yaxın günlərdə mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, bir neçə il əvvəl E. Əliyev MTN tərəfindən həbs edilmişdi. Ardınca isə nazir Eldar Mahmudov bankı qudası Cahangir Hacıyevə vermiş və adı dəyişdirilərək “Bank Technique” adlandırılmışdı. C. Hacıyevin qısamüddətli rəhbərliyi vaxtında isə bank defolt vəziyyətə düşdü.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın