Menu
Geri İrəli

Etilen-polietilen zavodunda dörd yeni piroliz sobası tikiləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Aprel 2017 • Baxış sayı: 267 dəfə • Şərh yoxdur

etilen-poliSOCAR Sumqayıt Kimya Sənaye Parkının nəzdində “SOCAR polimer” layihəsi çərçivəsində iki yeni qurğunun – polipropilen və yüksək sıxlıqlı polietilen qurğularının tikintisini həyata keçirir. Həmin qurğuların xammalla təchizatı etilen-polietilen zavodunun hesabına olacaq. “SOCAR polimer” və “Azərikimya” İB arasında imzalanan müqaviləyə əsasən, qurğular ildə 120 min ton etilen, 190 min ton propilenlə təmin olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev deyib.

“EP-300 qurğusunun layihə gücü 135 min ton, istehsal gücü hazırda 60 min tondur. SOCAR-a lazım olan 190 min ton həcmi təmin etmək üçün bu qurğu yenidən qurulmalıdır. Bu məqsədlə “Azərikimya” İB ilə İtaliyanın “Technip” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, işlər 2016-2019-cu illər ərzində üç mərhələdə yerinə yetirilir. İlin sonunadək “SOCAR polimer”ə test üçün propilen məhsulu verilməlidir. Müqavilə çərçivəsində 4 ədəd piroliz sobasının, son mərhələdə isə etilen və polietilen anbarlarının tikintisi nəzərdə tutulur”, – deyə O.Niftəliyev bildirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın