Menu
Geri İrəli

Etilen-polietilen zavodunda əsaslı təmir işləri davam etdirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyul 2014 • Baxış sayı: 373 dəfə • Şərh yoxdur

_DSC0008«Azərikimya» İB-nin Etilen-polietilen zavodunun Mütləqləşdirilmiş izopropil spirti sahəsi əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara buraxılmışdır

 «Azərikimya» İstehsalat Birliyinin Etilen-Polietilen zavo­dun­un ilin əvvəlindən fəaliyyəti dayandırılmış Mütləqləşdirilmiş izopropil spirti sahəsi əsaslı təmir və yenidənqurma işlərindən sonra – iyulun 15-də istismara buraxılmışdır.

Sahədə 3 ədəd kalon istisna olmaqla, demək olar ki, bütün qurğu və avadanlıqlar yenidən qurulmuş, yeni orerator binası tikilmişdir.

Bundan başqa Sahənin hazır məhsulun saxlanılması və yüklənməsi şöbəsində 600 m3  həcmli tutumların bütün əlaqə xətləri yeniləri ilə əvəz olunmuş, yeni nasos stansiyası inşa edilmiş, doldurma və boşaltma estakadası quraşdırılmışdır.

Etilen-Polietilen zavodunun və Təmir-tikinti idarəsinin aparıcı təmir briqadalarının cəlb olun­duğu, Nəqliyyat və xüsusi texnika İdarəsinin müvafiq maşın və mexanizmlərinin dəstəyindən istifadə edildiyi yenidənqurma işləri Birlik mütəxəssislərinin və müəssisənin mühəndis-texniki işçilə­rinin ciddi nəzarəti altında, texniki təhlükəsizlik qaydalarına tam riayət edilərək həyata keçirilmişdir.

Hazırda qurğularda izolyasiya və rəngləmə işləri uğurla davam etdirilir, sahənin daxili ərazisində abadlıq-yaşıllaşdırma işləri həyata keçirilir.

Sahənin yenidən qurulması – işçilərin əmək şəraitinin yaxşılaşması ilə bərabər,  istehsal prosesinə heç bir xələl gətirmədən 2 ədəd kalonun və 10 ədəd nasosun istismardan çıxarılması sayəsində xeyli miqdarda enerjidaşıyıcılara qənaət olunmasına zəmin yaradacaqdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın