Menu
Geri İrəli

Ətin qiyməti niyə ucuzlaşdı? – EKSPERT RƏYİ

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Fevral 2015 • Baxış sayı: 696 dəfə • Şərh yoxdur

et-332014-cü ildə fermerlər, kəndlilər qış üçün kifayət qədər yem ehtiyatı tədarük edə bilmədilər, bölgələrdə mal yeminin, otun qiyməti sıçrayışla artıb. Hətta bir sıra rayonlarda otun, küləşin satış qiyməti iki dəfədən çox artıb. İndi 1 ədəd yonca kipi 5 manata, təbii ot kipi 4 manata, küləş kipi isə 3 manata satılır. Yem məhsullarının bahalaşması maldarlıqla məşğul olan kəndliləri, fermerləri çətin vəziyyətdə qoydu. Fermerlər təcili olaraq heyvanları dəyər-dəyməzə satmaq və yaxud kəsimə vermək məcburiyyətində qalıblar. Bu səbəbdən bazarda təklif ciddi olaraq artıb.

Oxu.Az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ətin qiymətinin paytaxt, eləcə də regionlarda ucuzlaşmasının səbəblərini şərh edərkən bildirib.

Ekspert düşünür ki, son zamanlar ölkəyə idxal olunan diri heyvanların sayının artması bazara öz təsirini göstərib:

“Belə ki, 2013-cü ildə Azərbaycana 41,2 milyon dollar dəyərində diri heyvanlar idxal olunduğu halda keçən il bu göstərici 27 faiz artaraq 52,3 milyon dollar təşkil edib. Hər il Gürcüstandan ölkəmizə kəsim üçün 100 min başdan çox diri heyvan idxal olunur. Gürcüstandan idxal olunan heyvanlar yerli heyvanlara nisbətən hər kiloqram diri çəki üçün 1 manat ucuz təklif olunur. Bu da daxili bazara öz təsirini göstərir”.

Vahid Məhərrəmov qeyd edir ki, digər səbəb kimi dondurulmuş ət idxalının artmasını göstərmək olar.

“Əvvəlki ilə nisbətən keçən il ət idxalı 28 faiz artıb. Dondurulmuş ət təzə ət bazarında qiymətlərə təsir etməsə də əhalinin alıcılıq qabiliyyəti zəif olduğu üçün alıcıların bir qisminin ətə olan təlabatını ödəyir. Ölkədə heyvanların fiziki zəifliyini, mal-qara arasında xəstəliklərin geniş yayılmasını nəzərə alsaq ot, yem qıtlığı çox ciddi fəsadlar törədəcək. Tələfat halları artacaq”- deyə, ekspert bildirir.

www.oxu.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın