Menu
Geri İrəli

Fərid Cəfərov: “SOCAR-Polymer layihəsində işlər qrafik üzrə gedir”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Noyabr 2016 • Baxış sayı: 290 dəfə • Şərh yoxdur

feridceferovSOCAR-Polymer layihəsində işlər qrafik üzrə gedir.

“APA-Economics”in məlumata görə, bunu “SOCAR Polymer” şirkətinin baş direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, hazırda propilen zavodunun mühəndislik işlərinin 95%-i, satınalma işləri 90%-i, tikinti işlərinin 30%-i həyata keçirilib. Layihənin tamamlanması qrafik üzrə gedir.

F.Cəfərov bildirib ki, propilen zavodunun tikintisinin 2018-ci ilin I rübündə yekunlaşacağı nəzərdə tutulur: “Yüksək sıxlıqlı polietilen zavodunun inşası qrafikdən də irəli gedib. 3-4% qrafiki qabaqlamışıq. Haradasa 2018-ci ilin yayında layihə tamamlanacaq və istehsalat başlayacaq. Hazırda sahədə 1000 nəfər işçi çalışır ki, onların da əksər hissəsi Sumqayıt sakinləridir”.

O qeyd edib ki, Rusiyanın “Qazprombank”ının verəcəyi 489 mln. dollar kreditin artıq 230 mln. dolları ayrılıb. F.Cəfərov əlavə edib ki, hazırda layihənin ümumi xərcləri 340 mln. dollar təşkil edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın