Menu
Geri İrəli

“Fərman aparılan islahatların davamı kimi dəyərləndirilməlidir” – Tahir Mirkişili

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2016 • Baxış sayı: 1,280 dəfə • Şərh yoxdur
tahir-mirkisili-deputat«Bu yaxınlarda Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq Fərman imzalayıb. Dövlət başçısının imzaladığı bu Fərman ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır».
Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, Fərman yeni iqtisadi şəraitdə ölkəmizdə aparılan islahatların davamı kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, Azərbaycanda iqtisadi sahədə həyata keçirilən islahatlar, ölkə Prezidentinin sənayenin, kənd təsərrüfatının inkişafı ilə bağlı atdığı düşünülmüş, qətiyyətli və gələcəyə yönəlik addımlar yaxın gələcəkdə respublikada istehsalın həcmini artıracaq, məhsul çeşidini zənginləşdirəcək və bu, davamlı bir prosesə çevriləcək.
«Ölkəmizdə idxalı əvəzləyən, eyni zamanda, ixracın artmasına geniş perspektivlər yaradan iqtisadiyyat qurulur. Deməli, paralel şəkildə ixrac bazarları da genişləndirilməlidir ki, dövlət başçısının Fərmanı ilə təsdiqlənən Qayda da məhz buna – Azərbaycanın ənənəvi bazarlarda yerini möhkəmlətməyə və yeni ixrac bazarlarına çıxmasına hesablanıb. Təbii ki, istehsalın həcmi artdıqca qarşıya məhsulların satış bazarlarınn tapılması ilə bağlı mühüm məsələlər çıxır. Dünya ölkələrinin bir çoxunda milli brendlərə xaricdə etimad qazanmaq üçün mühüm dövlət dəstəyi göstərilir və belə dəstək artıq öz effektivliyini sübut etmişdir. Belə uğurlu təcrübənin Azərbaycanda da tətbiqi həm ixracatçılara böyük dəstəkdir, həm də bütövlükdə milli maraqlarımıza xidmət edir. Brendlərdən asılı olmayaraq ölkəyə, onun keyfiyyətə nəzarət sistemlərinə inamın yaradılması əldə oluna biləcək ən yaxşı uğurdur. Dövlətin bu məsələyə dəstəyi və qayğısı Azərbaycanda dövlət-özəl sektor-vətəndaş əməkdaşlığının bariz nümunəsidir»- deyə, T.Mirkişili vurğulayıb. mia.az
Facebook Şərhləndirmə:

Şərhinizi yazın