Menu
Geri İrəli

Fermerlər pulsuz qalacaq (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2015 • Baxış sayı: 211 dəfə • Şərh yoxdur
Fermerlər pulsuz qalacaq (FOTO)Nazirliyin təkilf etdiyi variant fermerləri qane etmir.
Tədarükçü şirkətdə yaranan maddi problemlər səbəbiylə yetişdirdiyi pambığın pulunu ala bilməyən Aran Qarabağdakı fermerlər Kənd Təsərrüfati Nazirliyinin təklif etdiyi variantın sərfəli olmadığı qənaətindədir.

ANS PRESS-in verdiyi məlumata görə fermerlər deyir ki, yığıma qədər məhsulun becərilməsinə çəkilən xərci tədarükçü şirkət ödəyib və pambığın bir tonunu 410 manatdan götürməliydi. Nazirliyin tövsiyyə etdiyi şirkət isə pambığın hər tonuna ən yaxşi halda 380 manat təklif edir. Üstəlik əkin texnologiyası fərqli olduğundan fermer ağ qızılı kombaynla deyil, əllə yığmalıdır.


Bölgədə fəaliyyət göstərən tədarükçü şirkətlərin əkin texnalogiyaları fərqlidir.

Bu da məhsulun maya dəyərini ən az 180 manat artırır. Fermerlərin sözlərinə görə belə olan halda əldə edilən gəlir onlarin tədarükçüyə olan borcunu belə ödəmir.

“Yığdırmaq üçün 10-12 qəpik yığıma veririk daşınma xərci var. Mən 17 ha pambiq əkmişəm 11300 manat borcum var. İndi gəlin hesablayaq görək 35 ton pambiq verəcəm bu da edir 7000.” -deyə Bərdəli fermer Ərəstun Cavadov bildirib.

Bu səbəbdən də fermerlərdən hec biri hələlik Kənd Təsərrüfati Nazirliyinin tövsiyyəsinə əsasən xam pambığın qəbulunu elan edən “MKT İstehsalat Kommersiya” MMC-nə məhsulunu satmaq üçün müraciət etməyib.

Cəmiyyətin Bərdədəki nümayəndəliyindən bildirdilər ki, müraciət olarsa elan etdikləri qiymətlərə əsasən dəyəri nəğd ödənməklə məhsulu qəbul etməyə hazırdılar. Fermerlerin müqavilə bağladığı digər tədarükçü şirkətin yerli nümayəndəliyində də artiq məhsul qəbuluna start verilib.


Pambıq emalı zavodları məhsulun qəbuluna başlayıb

Şirkətdən verilən məlumata görə bir həftə ərzində zavod emal prosesinə başlayacaq və bundan sonra müqavilə əsasinda fermerlərdən qəbul edilən ağ qizilin dəyəri hər kq 41 qəpikdən olmaqla hissə-hissə ödənəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın