Menu
Geri İrəli

Fermerlərə yeni 40%-lik – GÜZƏŞT

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Avqust 2015 • Baxış sayı: 239 dəfə • Şərh yoxdur

fermer

Baş nazir qərar verdi.

 

Baş nazir Artur Rasizadə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

 

Bu barədə Sumqayitxeber.com – a  Nazirlər Kabinetindən bildirilib.

 

Belə ki, dəyişikliyə əsasən, 2015-ci ilin mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20%-i ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40%-i  həcmində güzəşt tətbiq ediləcək.

 

Məlumata görə, güzəştlərin tətbiq olunması barədə Xüsusi Komissiya müvafiq qərar qəbul edəcək.

 

Bundan başqa, qərara əsasən, suvarma sistemləri dəstinin və avadanlığının güzəşt məbləği çıxıldıqdan və qalıq dəyəri tam ödənildikdən sonra həmin suvarma sistemləri dəsti və avadanlığı kənd təsərrüfatı məhsulları istehsalçılarının mülkiyyətinə veriləcək.

 

Kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 40%-i həcmində güzəşt tətbiq edilməklə, onun dəyərinin qalan məbləği birdəfəyə ödənildikdə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 3 iş günü müddətində həmin texnikanın alıcının mülkiyyətinə verilməsini təmin edəcək.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın