Menu
Geri İrəli

Gürcüstanın yeni XİN başçısı Azərbaycan ilə münasibətlərdən danışdı

Müəllif: Sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2015 • Baxış sayı: 165 dəfə • Şərh yoxdur

11951412_10152979803545899_8435348302671552826_n“Region ölkələri ilə əməkdaşlığa daha çox diqqət ayrılacaq”.

Gürcüstanın yeni xarici işlər naziri Georgi Kvirikaşvili səfirlər ilə ənənəvi görüşdə çıxış edib.

“Biz regionun ölkələri ilə münasibətlərin möhkəmləndirilməsinə böyük diqqət ayıracağıq. Biz Azərbaycan və Türkiyə ilə strateji əməkdaşlığımızı, eləcə də Ermənistan ilə ənənəvi yaxın və dost münasibətləri davam etdirəcəyik”, – o bəyan edib.

Oxu.Az xəbər verir ki, nazir həmçinin Böyük İpək Yolu layihəsinin vacibliyini qeyd edib.

“Sizə məlum olduğu kimi oktyabrda biz İpək Yoluna həsr edilmiş Tbilisi forumu çərçivəsində yüksək səviyyəli dialoq keçirəcəyik.

Tərəfdaşlarımız ilə iqtisadi əməkdaşlığa, eləcə də ixrac bazarlarının diversifikasiyasına və sərmayənin cəlb olunmasına diqqət yönəldəcəyimizi desəm sizi təəccübləndirmiş olmayacam”, – nazir bəyan edib.

Nitqdən sonra jurnalistlərlə söhbətdə, Kvirikaşvili eləcə də İrana dair sanksiyaların ləğv edilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu proses Gürcüstanı iqtisadi nöqteyi-nəzərdən çox maraqlandırır.

Səfirlərlə görüşdə çıxış edən baş nazir İrakli Qaribaşvili qeyd edib ki, qərb kursuna sadiq olan Gürcüstan, digər istiqamətlərdə də münasibətlərini genişləndirməyə çalışır.

“Dünən cənab Kvirikaşvili qeyd edib ki, Avrasiya qitəsinin bütün potensialını nəzərdən keçirəcəyik. Demək istəyirəm ki, bu, doğru istiqamətdir: Avroatlantik inteqrasiya kimi məqsədimiz ilə, biz əlbəttə ki, Çin və digər Asiya, eləcə də Yaxın Şərq ölkələri ilə münasibətləri möhkəmləndirməliyik”, – Gürcüstanın baş naziri bildirib.

O qeyd edib ki, ölkə Rusiyaya qarşı praqmatik siyasəti həyata keçirir, bu, ölkədə sabitliyi möhkəmləndirməyə yardım edib. Bunun vacib olduğunu qeyd edən baş nazir, sülh dialoqu və praqmatik siyasətə alternativ görmədiyini bildirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın