Menu
Geri İrəli

Hər bir azərbaycanlının xaricə 675 dollar borcu var

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Fevral 2015 • Baxış sayı: 444 dəfə • 1 şərh

dollar4

Nazirlik məlumat yaydı.

 

Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcu barədə məlumatı açıqlayıb.

 

Nazirlikdən verilən məlumata görə, bu ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 6 mlrd. 478,2 mln. ABŞ dolları (5 mlrd. 081,5 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8,6% təşkil edib.

 

Borc vəsaitlərinin 7,3%-i 10 ilə qədər, 60,2%-i 10 ildən 20 ilə qədər, 32,5%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

 

Qeyd edək ki, son statistik məlumatlara görə, Azərbaycan əhalisini sayı 9 milyon 593 min nəfər təşkil edir. Beləliklə, 6 mlrd. 478,2 mln. dollar təşkil edən dövlət borcunu əhalinin sayına bölərək, ölkədə adambaşına 675 dollar xarici borcun düşdüyünü hesablamaq olar.

 

“Onu da qeyd etmək lazımdır ki, bu, Azərbaycanın maliyyə imkanları fonunda çox kiçik bir göstəricidir. Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbəti 8,6% təşkil etdiyi halda, Yunanıstanda bu rəqəm 130%-i ötüb”, – deyə, iqtisadçı-ekspert Pərviz Heydərov Oxu.Az-a bildirib.

 

Xatırladaq ki, adambaşına düşən dövlət borcunun həcminə görə, aşağıdakı dövlətlər ilk beşlikdə qərarlaşıblar:

 

Yaponiya – hər ölkə sakininə 111 min dollar dövlət borcu, Sinqapur – 56,8 min dollar, İrlandiya – 53,7 min dollar, ABŞ – 53,2 min dollar, Kanada – 44,7 min dollar.

 

Facebook Şərhləndirmə:

“Hər bir azərbaycanlının xaricə 675 dollar borcu var” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Bu gün bütün dünyanın qibtə ilə baxdığı Azərbaycan niyə borclu qalmalıdır ki? Neft fondumuzda milyardlarla dollar vəsaitimiz, zəngin qızıl ehtiyatlarımız var. Ödəyək də borclarımızı. İndi də ödəməyib, bəs nə vaxt ödəyəcəyik? – Neftimiz tükənib qurtarandan sonra?

Şərhinizi yazın