Menu
Geri İrəli

“Hətta “Sovetski”ni də sığortalaya bilərik” – AMMA QİYMƏTİ FƏRQLİ OLACAQ

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Fevral 2014 • Baxış sayı: 420 dəfə • Şərh yoxdur

XutorSığorta şirkətləri paytaxt ərazisində sığorta baxımından yüksək riskli əraziləri açıqlayıblar
Bakının bəzi ərazilərində evləri və mənzilləri sığortalamaq ya mümkün olmur, ya da çox baha başa gəlir. Bu barədə fins.az-a sığorta şirkətlərindən bildirilib. Şirkət nümayənədələri sökülmək ərəfəsində olan “Sovetski” ərazisində də evlərin sığortasının mümkün olub-olmadığını dəqiqləşdiriblər.

Ən problemli ərazilər: Bayıl, “Sovetski”, “Xutor” və neft buruqlarının ətrafıdır
Sığorta şirkətləri Bakı ərazisində sığorta baxımından ən problemli ərazi kimi Bayıl yamacını göstərirlər. Bu ərazidə sürüşmə olduğuna görə evlərin uçması və ağır zədə alması ehtimalı böyükdür.
“Bakı Sığorta” şirkətinin idarə heyəti sədrinin müavini Ramin Məmmədlinin sözlərinə görə, Bakı ərazisində dəmiryollarına çox yaxın ərazilər də riskli zonalara aiddir. Belə ərazilər Keşlə və NZS-dədir. Problemli zonalar hətta Bakının mərkəzində də var: “Bulvarın genişlənməsi ilə əlaqədar olaraq Fəhlə prospektinin ətrafında Ağ şəhər salınması ilə əlaqədar olaraq ərazilərdə risklər var”.
Problemli ərazilərdən biri Alatavadır. Hələlik burada sürüşmə hadisəsi baş verməsə də, dağlqı ərazi olduğuna görə, sığorta ekspertləri belə halın baş verəcəyini istisna etmirlər. Alatavada sığortaya problem yaradan digər məsələ oradakı evlərin böyük əksəriyətinin sənədsiz olmasıdır. Sığorta mütəxəsisləri bildirirlər ki buradakı bəzi evlərin ümumiyyətlə sənədi yoxdur.
Digər problemli ərazi olan “Xutor”la bağlı vəziyyət də “Sovetski”ni xatırladır. “Xutor” gələcəkdə Bakının genişləndirilməsinin tərkib hissəsi sayıla bilər: “Bu gün Sovetskidə yaşananlar gələcəkdə xutorda da yaşana bilər”.
Sığortaçılar üçün “başağrısı”na səbəb olan ərazilərdən bir də Sabunçu və Binəqədi rayonlarındakı neft əraziləridir. Bu ərazilərdə risklər çoxdur. Həm həmin evlərin qanuni olub-olmaması ilə bağlı ARDNŞ ilə mübahisə, həm də neft-qaz borularının yaratdığı partlayış təhlükəsi sığorta işini çətinləşdirir: “Ən byöük təhlükələrdən biri neft borularından sızıntı və ya partlayışdır”.

Problemli evlərin sığortasından imtina edilmir
Amma evin problemli ərazidə yerləşməsi o demək deyil ki, onu sığortalamayacaqlar. Sığorta şirkətləri adətən müştərilərə imtina etmirlər. R.Məmmədovun sözlərinə görə, belə evlərlə bağlı müraciətlər edilsə, ondan imtina olunmayacaq: “Dövlət tərəfindən rəsmi sənədi, məsələn “çıxarışı” varsa və bu şəxs adam da məsələn ipoteka alırsa, sığorta şirkəti onu sığortalayacaq”.
“Qarant Sığorta” şirkətinin anderayderi Murad Namazov da  fins-az-a bildirdi ki, ümumiyyətlə ərazilərə görə sığortadan imtina olunması mümkün deyil: “Sığorta şirkətləri daşınmaz əmlakın yerləşdiyi əraziyə görə, sığorta etməkdən imtina edə bilməzlər, sadəcə daşınmaz əmlakın sənədləri qaydasında deyilsə, yəni, qanunsuzdursa, o halda sığortadan imtina edilə bilər”.
Bununla yanaşı, şirkətlər ehtiyat tədbirləri də görürlər. Əvvəla riskli ərazilərdə sığorta tarifləri digər ərazilərə nisbətən yüksək olur. M.Namazovun sözlərinə görə, məsələn, Badamdar və Bayılın sürüşmə ehtimalı yüksək olan bölgələrində, həmçinin Sabunçu, Binəqədi neft mədənlərinin ərazilərində risk dərəcəsi yüksək olduğundan orada sığorta haqqı adi haldan təqribən 25-30% yüksək olur: “Lakin burada da fərdi yanaşma tətbiq olunur. Məsələn, elə evlər və ya digər obyektlər var ki, çox möhkəm konstruksiyada inşa edilib, yüksək gərginlikli elektrik xətlərinin altında yerləşmir və sair təhlükəli obyektlərdən kənardadır, o zaman onlara yüksək sığorta haqqı tətqiq olunmur”.
Bəzi şirkətlər isə problemli ərazilərdə daşınmaz əmlakın sığorta tarifini 2 dəfəyədək qaldıra bilərlər. Qeyd edək ki,  adi ərazilərdə əmlakın sığorta tarifi 0,2-0,5% arasında (əmlakın qiymətinin) dəyişir.
Sığorta şirkətlərinin digər ehtiyat tədbiri sığorta ilə qorunan risklərin sayının azaldılmasıdır. siyasınının risklərin siyahıaktual risklərin ixtisar edilir. Məsələn, Binəqədi və ya Sabunçunun neft ərazilərindəki partlayış və ya yanğından sığortalanır, amma həmin evlərin sökülməsi ilə bağlı risklərdən sığrtalanma verilmir. Eləcə də Bayıl yamacındakı evlər sürüşmədən başqa bütün risklərdən sığortalanır.

“Hətta “Sovetski”ni də sığortalaya bilərik”
Hazırda sökülmə ərəfəsində olmasına baxmayaraq Bakının “Sovetski” adlanan ərazisində də mənzilləri sığortalamaq mümkündür. R.Məmmədovun sözlərinə görə, “Bakı Sığorta”nın “Sovetski”də sığortaladığı ev və ya mənzil yoxdur, amma bu söküntü işləri ilə bağlı deyil, sadəcə təsadüfdür: “İndiyədək həmin ərazi ilə bağlı müraciət də olmayıb. Buradakı evlərin vəziyyəti o qədər də yaxşı deyildi. Ona görə də insanlar da yəqin ki, sığortalamağa ehtiyac görməyiblər”. Bundan başqa, ekspertin sözlərinə görə, adətən sığorta alqı-satqının daha tez-tez baş verdiyi ərazilərdə vacib olur: “Bu ərazidə isə həm alqı satqı zəifdir, həm də insanlar uzaq gələcəklə bağlı planlar qurmurdular”.
Bunnula yanaşı, hətta söküntü işlərinə hazırlıq görüldüyü vaxt da belə sığorta şirkətləri “Sovetski”dəki evləri sığortalamağa hazır olduqlarını bildirirlər: “Əslində bundan sonra çətin ki, həmin ərazidə kimsə evini sığortalamaq üçün müraciət etsin, bu gözlənilmir. Amma edilsə də, imtina verilməyəcək. Sadəcə tariflər çox yüksək ola bilər. Çünki risklər böyükdür”.
Məsələn adi hallarda qiyməti 40 min manat olan evin sığortalanması (könüllü) 80-200 manata başa gəldiyi halda. bu ərazidəki evləri sığortalamaq üçün 400-500 manat ödəmək lazım ələ bilər: “Amma insan bilə bilə ki, ev söküləcək çətin ki, onu sığortalatsın”.
Amma bu sığorta evin dövlət tərəfindən sökülməsinə aid olmayacaq. Çünki söküntü halı sığorta hadisəsi sayılmır. M.Namazovun sözlərinə görə, “Qarant Sığorta” dövlət tərəfindən sökülməsi nəzərdə tutulan ərazilərdə yerləşən əmlakı sığortalamaqdan imtina etmir, sadəcə, həmin ərazidə yerləşən əmlak dövlət planına uyğun söküldükdə kompensasiyalar dövlət tərəfindən ödəniləcək. Bu yanaşma “Sovetski” adlanan ərazidəki evlərə də aiddir: “Sovetski adlanan ərazidə də sığortanın aparılmasına qadağa yoxdur. Biz konkret sığorta olunacaq daşınmaz obyektin risk vəziyyətini qiymətləndiririk. Daşınmaz əmlakın sənədləri qaydasındadırsa və minimum təhlükəsizlik qaydalarına cavab verirsə sığorta etməkdə tərəddüd etmirik. Tələblərə cavab vermədikdə isə sığortalamaqdan imtina edə bilərik. Yəni, əraziyə görə yox, obyektə görə yanaşma tətbiq olunur. Əgər dövlət planın uyğun sökülmə olarsa, o zaman şirkət məsuliyyət daşımır və kompensasiyanı dövlət ödəyir. Belə ki, sökülmə artıq sığorta hadisəsi sayılmır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın