Menu
Geri İrəli

İki supermarketlər şəbəkəsi birləşmək barədə qərar qəbul edib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2017 • Baxış sayı: 481 dəfə • Şərh yoxdur
Share Button

arazÖlkə əhalisinin pərakəndə ticarət sektorunda gündəlik tələbat malları ilə təminatını həyata keçirən iki supermarket şəbəkəsi birləşmək barədə qərar qəbul edib.

“Araz Supermarket”dən musavat.com-a verilən məlumata görə, 2011-ci ildən fəaliyyətə başlayan “Araz Supermarket” və 2008-ci ildən fəaliyyətdə olan “Favorit-Market” şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyətə qərar veriblər.

Qeyd edək ki, sözügedən birləşmə ölkə iqtisadiyyatında bazarın bu sektorunun inkişafına xidmət etməklə yanaşı, tədarükçülərlə istehlakçılar arasında körpü rolunu oynayaraq, müştəri məmnuniyyətinin, supermarket mədəniyyətinin daha da yüksəldilməsinə müsbət təsir göstərəcək.

“Dünya təcrübəsinə istinad edərək söyləyə bilərik ki, bu cür birləşmələr pərakəndə sektorun inkişafına səbəb olur. Pərakəndə sektorun inkişafı öz növbəsində yerli istehsalın artmasında mühüm rol oynayır. Yerli istehsal sektorunun inkişafı isə ölkə iqtisadiyyatının əsas təkan verici qüvvəsi hesab olunur”, – deyə məlumatda vurğulanıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın