Menu
Geri İrəli

İlham Əliyev: “Sumqayıtda böyük müəssisələrin yaradılması prosesi davam edir”

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Yanvar 2017 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur

aliyev-mansetAzərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkında böyük müəssisələrin yaradılması prosesi davam edir.

Prezident vurğulayıb ki, 2016-cı il ağır il olsa da, qeyri-neft sənaye istehsalı artıb: ”Bu il sənaye potensialının inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bizim artıq bir neçə sənaye parkımız var. Onların sırasında Sumqayıtdakı iki parkın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm – Texnologiyalar Parkı və Kimya Sənaye Parkı. Sumqayıt Kimya Sənaye Parkında böyük müəssisələrin yaradılması prosesi davam edir. Oraya qoyulan investisiyaların həcmi bir milyard dolları ötüb.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın