Menu
Geri İrəli

İpoteka fərmanından kimlər yararlanacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2015 • Baxış sayı: 323 dəfə • Şərh yoxdur

1344944815_trebovaniya-banka-k-zaemschiku-pri-predostavlenii-ipoteki-1

Dövlət başçısının “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması ilə bağlı Fərmanı ipoteka proqramının kommersiya layihəsindən sosial aksiyaya çevrilməsinə təkan verə bilər.

Bunu Milli.Az-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Azərbaycan prezidenti İlham Əliyevin İpoteka Fondunun yenidən təşkil edilməsi və Mərkəzi Bankdan ayrılaraq onun bazasında ayrıca “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı fərmanını şərh edərkən deyib.

R.Osmanlı qeyd edib ki, mahiyyətindən göründüyü kimi, fərman “sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədilə” cümləsi ilə başlayır. Bu məsələyə müxtəlif kontekstdən yanaşmaq olar: “Birincisi, nəhayət ki, uzun illər ipoteka proqramı ətrafında aparılan müzakirələr müsbət sonluqla bitmək üzrədir. Belə ki, nəhayət ipoteka proqramına birbaşa dövlət başçısının müdaxiləsi ciddi nəticələrlə müşahidə oluna bilər. Buraya kreditin məbləğinin artırılması, faizlərin azaldılması, ilkin ödəniş və əməkhaqqı ilə bağlı tələblərin sadələşdirilməsi və bu kimi digər məsələlər aiddir.

İkincisi, sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ipoteka proqramının kommersiya layihəsindən sosial aksiyaya çevrilməsinə təkan verə bilər”.

Bundan başqa, ekspertin fikrincə, idarəetmə və qərarların qəbulu baxımından kollegial idaretmə sisteminə keçid həm operativliyi artıracaq, həm də şəffaflığın təmin olunmasına təkan verəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın