Menu
Geri İrəli

İpoteka kreditləri nə vaxt bərpa olunacaq? – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2017 • Baxış sayı: 576 dəfə • Şərh yoxdur
Share Button

20 illik ipoteka kreditlərinin bərpası xəbərini həm alıcıları, həm də tikinti şirkətləri də gözləyir. Ancaq bu, yaxın vaxtlarda mümkün olmayacaq. Belə ki, uzunmüddətli ipoteka kreditlərini daha çox Beynəlxalq Bank verirdi. 2 aya yaxındır Bankın həmin proqramı dayandırması tikinti sektorunda ciddi geriləməyə səbəb olub.

Beynəlxalq Bankdan fins.az-a verilən məlumata görə, yaxın vaxtlarda ipoteka kreditlərinin bərpası gözlənilmir.

“Bu gün ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi hökumətin əsas prioritetlərindən biridir. Sərt monetar siyasət bu sabitliyin təmin olunması üçün zəruridir. Uçot dərəcəsinə yaxın faiz dərəcələri (15%) ilə qısamuddətli risksiz monetar alətlər olduğu halda, məhdud likvid manat vəsaitlərinin uzunmüddətli (20 il), həm də yüksək kredit və digər risklər daşıyan 10%-li kredit qoyuluşlarına yönəldilməsi Bank tərəfindən ən azı irrasional qərar olardı”.

Bankdan onu da bildiriblər ki, gələcəkdə makroiqtisadi göstəricilərdən asılı olaraq, bank ipoteka layihələrinin bərpasına qərar verə bilər. İndi isə ipoteka kreditlərinin başqasının adına keçirilməsi mümkündür:
“Mənzil krediti layihəsi çərçivəsində Beynəlxalq Bankla əməkdaşlıq edən MTK-lardan yaşayış sahəsinin alınması məqsədilə borcalana verilmiş kreditin müvafiq meyarlarla digər potensial borcalanların adına keçirilməsi mümkündür”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın