Menu
Geri İrəli

İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında Sumqayıtdan danışıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2016 • Baxış sayı: 345 dəfə • Şərh yoxdur

8d7a75fb05faa022ab4390b63dc62fddAzərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.

 İqtisadiyyat Nazirliyində verilən məlumata görə, iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, Dövlət İnvestisiya Proqramının icrası və sosial infrastruktur layihələrinə xüsusi diqqət göstərilməsi, qeyri-neft sektorunun inkişafı və ixracının artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, daxili bazarın qorunması, idxaldan asılılığın azaldılması, özünütəminetmə səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı, torpaqlardan səmərəli istifadə olunması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı və emal müəssisələrinin yaradılması, sənaye zonalarının, aqroparkların yaradılması, süni qiymət artımının qarşısının alınması və s. tapşırıqlar verib.

İclasda sənaye sahəsində görülən işlər müzakirə olunub və Azərbaycan prezidentinin bu yaxınlarda Sumqayıt şəhərinə səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı sənayenin gələcək inkişafına dair verdiyi tapşırıqların icrası istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb. Məlumat verilib ki, Cənubi Qafqazda ən iri sənaye mərkəzi olacaq Sumqayıt Kimya Sənaye Parkında hazırda daxili avtomobil yollarının, Peşə Tədris Mərkəzinin, ərazidaxili elektrik xətlərinin və yarımstansiyanın tikinti-quraşdırma işləri aparılır. Sənaye Parkının 9 rezidenti tərəfindən sənaye müəssisələrinin yaradılması prosesi, eləcə də yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın