Menu
Geri İrəli

İstifadəçilərin sayı hər il 18 faiz artır

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 248 dəfə • Şərh yoxdur

unibank logo

Unibank korporativ müştəriləri üçün internet – banking xidmətini təkmilləşdirdi

Unibank hüquqi şəxslər üçün internet-banking xidmətini təkmilləşdirdi. “Tokenlərin autentifikasiyası” adlanan yeni funksiya sayəsində bankın korporativ müştəriləri şirkət hesablarını internet vasitəsilə artıq daha çevik və daha təhlükəsiz idarə edə bilirlər. Artıq bank müştəriləri internet- banking xidmətinə yalnız şəxsi sertifikat vasitəsi ilə deyil, həm də token vasitəsi ilə daxil ola bilir. Token –kompüterə qoşulmayan, 30 saniyə ərzində etibarlı olan birdəfəlik parol yaradan müştəqil vasitədir ki, hesabların maksimal qorunmasını təmin edir. Bundan əlavə, təkmilləşdirilmiş internet-banking xidməti ödəniş paketinin eyni zamanda yüklənməsinə imkan yaradır. Bu imkan istənilən valyutada aparılan hər bir ödənişə şamil olunur.

İnternet-banking – müştərilərə ofislərini tərk etmədən həm ölkə daxili, həm də ölkə xarici nağdsız ödənişlər aparmaq, onlayn rejimdə hesabların hərəkətinə nəzarət etmək və hesab üzrə çıxarışı çap etmək imkanını yaradan onlayn xidmətdir.

Qeyd edək ki, hər il internet-banking xidmətindən istifadə edən Unibank müştərilərinin sayı təqribən 18% artır. Unibank gələcəkdə də bu xidmət üzrə funksiyaların təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlər görməyi planlaşdırır.

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı” filialları və “Unibank- biznes mərkəzi”nə müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini bir qədər də gücləndirməkdir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından ( www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən ( www.facebook.com/unibank.az,https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Unibank-hər kəsin bankı!

internetbanking-corp

Facebook Şərhləndirmə:

Şərhinizi yazın