Menu
Geri İrəli

İsveçrə şirkəti Sumqayıt Kimya Sənaye Parkının 6-cı rezidenti oldu (ƏLAVƏ OLUNUB)

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2016 • Baxış sayı: 284 dəfə • Şərh yoxdur

sumgayit_kimya_senaye_parki_120214İsveçrənin SIKA şirkəti Sumqayıt Kimya Sənaye Parkının növbəti rezidenti olub. Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda parkın rezidentlərinin təqdimatında deyib.

Bununla da parkın rezidentlərinin sayı 6-ya çatıb. N.Səfərov qeyd edib ki, bunlar “Azertexnolayn”, “SOCAR Polymer”, “Azerfloat”, “Azerbaijan Fibro Cement”, Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti və SIKA şirkətidir.

Onun sözlərinə görə, şirkət park ərazisində inşaat qatqıları və hazır məhsullar üçün xammal istehsalı ilə məşğul olacaq.

Sumqayıt Kimya Sənaye Parkının direktoru Nazim Talıbov isə bildirib ki, SIKA park ərazisində ildə 5 min ton istehsal gücü olan zavod tikəcək.

İsveçrə şirkətinin parka ilkin investisiyaları 5,3 milyon dollar olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın