Menu
Geri İrəli

“Kapital Bank” nazirliyin qurumunu məhkəməyə verib

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Sentyabr 2015 • Baxış sayı: 252 dəfə • Şərh yoxdur

“Kapital Bank” nazirliyin qurumunu məhkəməyə verib

“Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) Elektron Hesablayıcı Maşınlar zavodu (EHMZ) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Cihaz” İstehsalat Birliyini (İB) məhkəməyə verib.
“Report”un xəbərinə görə, bank kredit borcunun qaytarılmasını tələb edir. İddia olunan kredit borcunun məbləği açıqlanmır.
İddiaya Sumqayıt İnzibati-İqtisadi Məhkəməsidə baxılır.
Qeyd edək ki, “Kapital Bank” “Azərbaycan Əmanət Bankı”nın varisi kimi 140 ildən çoxdur fəaliyyət göstərir.
Elektron Hesablayıcı Maşınlar zavodu SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli, 944 nömrəli qərarı ilə yaradılıb, tikintisi 1972-1986-cı illərdə aparılıb. 1993-2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib. 2006-cı ildən isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyindədir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın