Menu
Geri İrəli

“Kapital Bank”ın Sumqayıt filialı şənbə günləri də fəaliyyət göstərəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2017 • Baxış sayı: 177 dəfə • Şərh yoxdur
Share Button

bankkk “Kapital Bank” ASC-nin bir sıra filialları şənbə günləri də fəaliyyət göstərəcək.

“Report” Banka istinadən xəbər verir ki, bu addım müştərilərin təklifləri nəzərə alınaraq atılıb.

Məlumatda deyilir ki, “Kapital Bank”ın Abşeron, Binəqədi, Qara Qarayev, Şuşa, Sumqayıt, Gəncə, Masallı, Xəzər, Bərdə və Sabirabad filialları şənbə günləri, saat 10:00-dan 14:00-a qədər müştərilərə xidmət göstərəcək. Müştərilər bankın kredit rəsmiləşdirilməsi, fiziki şəxslərə debet kartların verilməsi, filialda kartların təhvil verilməsi, cari hesabların açılması, bütün növ hesablar üzrə mədaxil əməliyyatları, fiziki və hüquqi şəxslərdən ödəniş tapşırıqlarının qəbulu, hüquqi şəxslərdən əmək haqqı tapşırıqlarının qəbulu, bütün növ kassa əməliyyatları, nağd valyuta mübadiləsi və təcili pul köçürmələri xidmətlərindən istifadə edə bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın