Menu
Geri İrəli

Karbamid zavodunun inşası üçün kredit ayıracaq bankların adları açıqlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Noyabr 2016 • Baxış sayı: 864 dəfə • 1 şərh

sumqayit-kimya-senaye-parkin“SOCAR Karbomid” zavodunun inşası qrafik üzrə davam etdirilir.

“APA-Economics”in məlumatına görə, bunu “SOCAR Karbamid” zavodunun baş direktoru Xəyal Cəfərov deyib. Onun sözlərinə görə, layihə üzrə mühəndislik işləri 100% tamamlanıb. “Satınalma işləri 99%, əsas tikinti işlərinin 51%-i həyata keçirilib. Ümumilikdə layihə üzrə işlərin 86%-i reallaşdırılıb”, – deyə X. Cəfərov bildirib.

X.Cəfərov bildirib ki, zavod 2 hissədən ibarət olacaq: “Zavod sutkada 1200 ton ammonyak və 2000 ton karbamid istehsal olunacaq. Bu da bizə daxili bazarın tələbatını tam ödəməyə imkan verəcək. İzafi məhsul beynəlxalq bazarlara çıxarılacaq. Biz Gürcüstan və Türkiyəyə əsas bazar kimi baxırıq. Bildiyiniz kimi, Türkiyə regionda karbamidin ən böyük idxalçılarından biridir”.

Layihənin maliyyələşdirilməsinin ilkin olaraq dövlət büdcəsi hesabına aparıldığını deyən baş direktor 2015-ci ildə beynəlxalq kreditlərin cəlb edilməsi ilə bağlı qərarın qəbul olunduğunu xatırladıb: “Bu məqsədlə dövlət büdcəsindən 205 milyon manata qədər vəsait almışıq. Bundan sonra beynəlxalq banklar vasitəsi ilə bu günə kimi 201 milyon avro vəsait cəlb etmişik. Bundan sonra əlavə olaraq 300 milyon avro məbləğində kreditin cəlb olunması ilə bağlı danışıqlar aparılır. Biz əsas bank kimi “EXİM” bankı ilə və üç beynəlxalq nüfuzlu bankın, Almaniyanın “Deutsche Bank”ı, Fransanın “Societe Generale” və Almaniya-İtaliya bankı olan “Unikredit” bankının iştirakı ilə danışıqlar aparırıq. Bu kreditin 51%-i “Eximbank”ı tərəfindən veriləcək. Bu üç kommersiya bankı “Eximbank”ın zəmanəti ilə 249 milyon avro məbləğində kredit ayıracaq. Bu ilin sonuna kimi danışıqların yekunlaşacağı gözlənilir. Karbamid zavodunun istismara verilməsi üçün daha heç bir hədəf qalmayacaq”.

Sumqayıt Karbamid Zavodunda inşaat işlərinin 2017-ci ildə tamamlanması və müəssisənin 2018-ci ilin əvvəllərində istismara verilməsi nəzərdə tutulur.

Facebook Şərhləndirmə:

“Karbamid zavodunun inşası üçün kredit ayıracaq bankların adları açıqlanıb” yazısına bir cavab

  1. Elgun Deniz deyir:

    2018e kimi qalsaq))

Şərhinizi yazın