Menu
Geri İrəli

Krediti 10 min dollara kimi olanlara – Şad xəbər

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2015 • Baxış sayı: 1,250 dəfə • Şərh yoxdur

dollar-kreditAzərbaycanda dollarla götürülmüş kreditlər üzrə məzənnə fərqinin örtülməsi yalnız 5-10 min dollar məbləğində olan kreditlərə şamil edilə bilər.

Bu barədə bank sahəsindəki mənbədən məlumat verilib.

“Belə bir ideya var ki, Azərbaycan Mərkəzi Bankı (AMB) manatın devalvasiyası nətcəsində dollar kreditləri üzrə yaranmış məzənnə fərqini kompensasiya edəcək. Bu güzəştin $5-$10 minədək olan kreditləri əhatə etməsi təklif olunur. Lakin son olaraq hansı qərarın veriləcəyini söyləmək çətindir”,- deyə mənbə bildirib.

O söyləyib ki, bu məsələ ötən cümə günü AMB-nin banklar birliyinin nümayəndələri ilə görüşü zamanı müzakirə olunub.

Mənbə bildirib ki, banklar birliyinin hesablamalarına görə, bu təklif qəbul edilərsə, AMB 500 mln. manatadək maliyyə dəstəyi verə bilər. “Effekt böyük deyil – 400-500 mln. manata yaxındır. Lakin bu, cəmiyyətdəki gərginliyi azaltmağa kömək edəcək”, – deyə o qeyd edib.

Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev bazar günü bildirib ki, banklar birliyi bu məsələdə AMB-nin dəstəyinə ümid edir. “AMB dəstək göstərərsə, banklar dollar kreditləri üzrə ödənişləri əvvəlki məzənnə (dekabrın 21-nə qədər olan məzənnə) ilə qəbul etməyə hazırdır və borcluların öz kreditlərini tezliklə ödəmələrində maraqlıdırlar”, – deyə Z. Nuriyev bildirib.

Azərbaycan Mərkəzi Bankı 2015-ci il dekabrın 21-də manatın üzən məzənnəsinə keçdiyini elan edib. Bunun ardınca AMB milli valyutanı 47,6% devalvasiya edərək manatın dollara nisbətən məzənnəsini 1,55 manat/$1 səviyyəsində müəyyənləşdirib.

İnterfax.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın