Menu
Geri İrəli

Kür çayı üzərində ikinci dəmir yolu istifadəyə verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2014 • Baxış sayı: 407 dəfə • Şərh yoxdur

yol

Bu gün Poylu-Salahlı mənzilinin 73-cü kilometrindəki Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsü istismara verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, mərasimdə nəqliyyat naziri Ziya Məmmədov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov, “Evrascon” şirkətinin baş direktoru Manaf Şirinov iştirak ediblər.
Qeyd edək ki, Salahlı-Poylu mənzilinin 73-cü kilometrində (Kür çayı üzərindən keçən) ikinci dəmir yolu körpüsünün üzərindən keçməklə 1900 metr yeni dəmir yolunun qoyuluşu həyata keçirilib. Yol qoyuluşu Poylu stansiyasının girişindən başlayaraq, yeni tikilən körpünün üzərindən keçməklə, Salahlı-Poylu mənzilinin 73-cü kilometrinə qədər davam edib.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
Xatırladaq ki, Bakı-Böyük Kəsik sahəsində artmaqda davam edən dəmir yolu ilə yük daşımalarının həcmini tam yerinə yetirmək, yüklərin mənzil başına vaxtında və itkisiz çatdırılmasını təmin etmək üçün Salahlı – Poylu mənzilinin 73-cü km-də Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsünün tikintisi tələb olunurdu.
Körpünün tikintisinə 2008-ci ildə başlanıb və 2014-cü ildə başa çatdırılıb. Körpünün tam uzunluğu 208, 44 metrdir.
 Həmin körpünün faydası ondan ibarətdir ki, bu sahədə birxətli dəmir yolu ikixətli dəmir yolu ilə əvəz olunacaq və qatarların hərəkətinin təhlükəsizliyi təmin olunacaq. İkinci körpünün tikintisi yolun səmərəliliyi və rəqabətə davamlılığının artırılması istiqamətində əhəmiyyətli addım olacaq.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın