Menu
Geri İrəli

Manat bir az da ucuzlaşdı

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2015 • Baxış sayı: 655 dəfə • Şərh yoxdur
manat2Azərbaycan manatının ucuzlaşması bu gün də davam edib.
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, rəsmi məzənnələrdə dollar və avro manata nisbətdə bahalaşıb.
Belə ki, dünən açıqlanan son rəsmi məzənnələrdə 1 ABŞ dolları 0,7855 AZN idisə, bu gün bu göstərici 0,7857-ə çatıb.
Avronun dəyərində isə artım daha çox müşahidə edilib. Ötən gün 1 avro 0,8959 AZN olduğu halda bu gün həmin məzənnə 0,8968-ə yüksəlib.
Qeyd edək ki, manatın ucuzlaşması paytaxt sakinləri arasında panikaya səbəb olub. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə dünən əhaliyə müraciət edib. O bildirib ki, manatın ucuzlaşması əhalinin gəlirlərində 100-də bir qəpik qədər hiss olunacaq.
“Birrəqəmli inflasiya nəyinki qorxulu deyil, hətta iqtisadiyyatın və biznesin stimullaşdırılması üçün faydalıdır. Əhalinin seçim imkanları çoxdur. Gəlirlərini müxtəlif valyutalarda saxlaya bilər”, – deyə Mərkəzi Bankın sədri bildirib.
Elman Rüstəmov bildirib ki, manatın ucuzlaşmasına görə əhalinin narahatlığı və nigarançılığı üçün heç bir əsas yoxdur.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın