Menu
Geri İrəli

Manat nə qədər ucuzlaşacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2015 • Baxış sayı: 427 dəfə • Şərh yoxdur

46781

Manatın ucuzlaşması yumşaq mexanizmlə aparılacaq və bu, nəzarət olunan inflyasiya göstəricisinə uyğunlaşdırılacaq.

Bu barədə Londonda nəşr olunan “Financial Times” qəzeti Azərbaycan Mərkəzi Bankının (AMB) manatını dollara bağlamaqdan imtina etməsinə həsr etdiyi məqaləsində bildirib. Qəzetin fikrincə, ölkənin inflyasiya orientiri ildə 5-7% olacaq. Qəzet 2014-cü ildə Azərbaycanda qiymət artımının cəmi 1,4% təşkil etdiyini bildirib.

Rusiyanın “Kommersant” qəzeti də məsələyə toxunub və AMB-nin bu addımının məcburi olduğunu vurğulayıb. “Neftin qiymətinin $50-dan aşağı düşməsi fonunda AMB yanvar ayında manatın məzənnəsinin dəstəklənməsinə $1 mlrd.-dan çox vəsait yönəldib. Bu da valyuta rezervlərini $12,68 mlrd.-a qədər azaldıb”,- deyə rus qəzeti vurğulayır.

“Kommersant”ın yazdığına görə, Azərbaycan neftin qiymətinin ucuzlaşması üzündən milli valyutanı “üzən məzənnə” rejiminə keçirmiş üçüncü MDB ölkəsidir. Rusiya mərkəzi bankı hələ keçən ilin noyabr ayında “üzən məzənnə”yə keçdiyini bəyan edib. Keçən həftə isə Qazaxıstan mərkəzi bankının başçısı Kayrat Kelimbetov da “üzən məzənnə”yə keçiddən danışıb. 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın