Menu
Geri İrəli

“Manat öz yerini tapmaqdadır” – Nazir

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2017 • Baxış sayı: 284 dəfə • Şərh yoxdur

shahin-mustafayevv“Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi, xarici şokların təsirinin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində ciddi addımlar atılır”. “APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan - Avropa İttifaqı biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, görülən tədbirlərin nəticəsində bu ilin əvvəlindən milli valyutanın məzənnəsi möhkəmlənib: “Manatın məzənnəsi sabitləşib. Milli valyutamız öz yerini tapmaqdadır”.
Bank sektorunun sağlamlaşdırılmasının mühüm vəzifələrdən biri olduğunu deyən Ş.Mustafayev əlavə edib ki, bu istiqamətdə ciddi addımlar atılır. “Biz bank sistemindən irəli addımlar gözləyirik. Biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılmasını mühüm vəzifə hesab edərək bu istiqamətdə bankların sağlamlaşdırılması ilə bağlı addımların sürətləndirilməsi əzmindəyik”, – deyə nazir vurğulayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın