Menu
Geri İrəli

Manatı nə gözləyir?

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Mart 2015 • Baxış sayı: 635 dəfə • Şərh yoxdur

manat2“Əgər neftin dünya bazar qiymətləri indiki səviyyədə və ya ondan aşağı olarsa, o halda manatın hətta ikinci devalvasiyası da mümkündür”.

ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu bildirib. O qeyd edib ki, hər şey neftin dünya bazar qiymətindən, Azərbaycana daxil olan valyutanın səviyyəsindən asılıdır.

Mütəxəssisin fikrincə, 2010-cu illə müqayisədə Azərbaycanda neft hasilatı 20 faiz aşağı düşüb: “Digər tərəfdən də qiymətlərin dünya bazarında ucuzlaşması son nəticədə Azərbaycanın valyuta gəlirlərini kəskin şəkildə azalmasını şərtləndirib. Manatın gerçək dəyəri ilə dolların faktiki dəyəri arasında hələ böyük fərq var. Bunu yəqin ki Azərbaycan Mərkəzi Bankı müəyyən dövr üçün intervensiya etməklə saxlamalıdır”.

İqtisadçı bir müddətdən sonra yenə də devalvasiya ilə qarşılaşacağımızı ehtimal edir. Q.İbadoğlunun proqnozlarına görə, istənilən halda manatın ucuzlaşması davam edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın