Menu
Geri İrəli

Manatın məzənnəsi ilə bağlı cəsarətli proqnoz

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Mart 2016 • Baxış sayı: 161 dəfə • Şərh yoxdur

Bu gün həm dünyada, həm də ölkədə baş verən proseslər manata müvəqqəti də olsa güvənlik verir.

Milli.Az xəbər verir ki, bunu maliyyə məsələləri üzrə iqtisadçı-ekspert Samir Əliyev bildirib.

Onun sözlərinə görə, neftin qiymətinin 40 dollar civarında və ABŞ-ın Federal Ehtiyatlar Sieteminin (FES) rəhbəri xanım Canet Yelenin uçot dərəcələrini ehtiyatla qaldırmaq niyyəti barədəki açıqlaması dünyada dolların möhkəmlənməsini bir müddət ertələyib: “Dollar əsas valyutalara münasibətdə ucuzlaşmağa başlayıb. Bu, manata xarici təzyiqi azaldır”.

Ekspert manatın möhkəmlənməsi səbəblərini də açıqlayıb: “Mərkəzi Bankın manat kütləsini azaltması nəticəsində banklar manat qıtlığı ilə üzləşib. Nəticədə valyuta hərracında bankların dollara tələbatı kəskin azalıb. Elə bu səbəbdən manatın son günlər bahalaşması müşahidə edilir. Eyni zamanda, vergi ödənişi dövrü yaxınlaşdığından şirkətlər, xüsusilə iri şirkətlər xarici valyutada olan vəsaitlərini manata çevirirlər. Ona görə də həm bazara əlavə dollar çıxarılıb, həm də manata ehtiyac artıb. Bu isə manatın mövqeyini daha da gücləndirir”.

İqtisadçı manatın məzənnəsi ilə bağlı proqnozlar verməkdən də çəkinməyib: “Bütün bunları nəzərə almaqla demək olar ki, yaxın 1-2 həftədə manatın dollar qarşısında mövqeyi güclənəcək və müəyyən qədər bahalaşacaq. Hətta manatın 1,55 psixoloji həddi keçməsi də istisna edilmir. Ola bilsin, manatın dollara olan rəsmi məzənnəsi 1,5-ə qədər yüksəlsin. Hər bir halda bu bahalaşma müvəqqəti xarakter daşıyacaq və uzunmüddətli dövrdə manatın ucuzlaşması qaçılmazdır. Çünki manatın bahalaşmasının heç bir iqtisadi əsası yoxdur və hazırda daha çox inzibati addımlardan dəstək alır. Bütün bunlar sadəcə gözləntilərdir. Manatın məzənnəsi real səviyyəsini almadığından neftin bahalaşması hazırda manatın möhkəmlənməsini şərtləndirmir”.

İlkin İzzət
Milli.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın