Menu
Geri İrəli

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2016 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur
manat-18Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 19-u ilə müqayisədə 0,19% bahalaşaraq 1,6030 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,04% möhkəmlənərək 1,7573 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 19-u ilə  müqayisədə 1,18% möhkəmlənərək 0,0258 manat səviyyəsində qərarlaşıb.
Türkiyə lirəsinin məzənnəsi isə 1,2% möhkəmlənərək 0,5233 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9682 manatdır. Beləliklə, funt sterlinq 0,18%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,29% bahalaşaraq 0,6807 manat təşkil edib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın